Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Sentyabr 2019 12:44
Bakı. Trend:
Yaponiya aviaşirkətləri "Faksay" tayfunu səbəbindən 103 daxili aviareysi təxirə salıblar.
Trend-in "NHK" telekanalına istinadən verdiyi məlumata görə, "JR" dəmiryolu şirkətidə öz növbəsində Tokio və Osaka şəhərləri arasında hərəkət edən sürətli ekspreslərin sayını azaldıb.
Bildirilir ki, hazırda iki şəhər arasında hərəkət edən 50 qatar reysi təxirə salınıb.
Yaponiyanın Milli Meteorologiya Bürosunun proqnozlarına əsasən, tropik qasırğa axşam saatlarında mərkəzi Sidzuoka prefekturasına yaxınlaşacaq və paytaxt tərəfə hərəkət edəcək.
Qeyd edək ki, "Faksay" bu il Sakit okeanda formalaşan 15-ci tayfundur. Onun episentrində küləyin sürəti saniyədə 40 metrə çatır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin