Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Mart 2022 14:16
Rusiyalı aparıcı Ksenya Sobçakın Rusiyanı birdəfəlik tərk etdiyi iddia olunub.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aparıcının İsrail hava limanında fotosu yayılıb. Onun yanında oğlu Platon da yer alıb.
Bundan əvvəl aparıcının İstanbula getdiyi xəbəri yayılmışdı. Sobçak bu məlumatı təsdiqləyərək, oğlunun tətilini orada keçirəcəyini deyib.
Teleqram kanallarında Ksenyanın İsrail vətəndaşlığı almağa çalışdığı yazılıb. Hazırda Tel-Əvivdə olan aparıcı bununla bağlı lazım olan prosedslərə başlayıb. Onun 5 yaşlı oğlu İsrail vətəndaşı olma hüququna sahibdir. Onun babası Ümmanuil Qedeonoviç Vitorqan yəhudidir.
Sobçak hələ 2018-ci ildə İsrail vətəndaşı olmağı istədiyini açıqlayıb. Rusiyanın Ukraynaya hücumu zamanı vəziyyətin ağırlaşması isə onun bu istəyini gerçəkləşdirməyə səbəb yaradıb.