Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya 16,2 milyard dolları da itirdi

Rusiya 16,2 milyard dolları da itirdi

Tarix: 8 Mart 2022 10:14

Məşhur "Coinbase" kriptovalyuta birjası Rusiyadan olan istifadəçilərin hesablarını dondurdu.

Sonxeber.net Bloomberg-ə istinadən bildirir ki, ABŞ-da yerləşən "Coinbase"da Rusiya Federasiyasının vətəndaşlarının 25 mindən artıq kriptovalyuta pul qabı (blokçeyn-ünvan) vardı.

Həmin hesablarla bağlı bütün məlumatlar ABŞ-ın Maliyyə Nazirliyinə və Federal Təhlükəsizlik Bürosuna verilib.

"Coinbase"ın dondurduğu hesablarda təqribən 16,2 milyard dolların olduğu təxminlənir, çünki sözügedən hesabların əksəriyyəti rusiyalı milyarderlərə və milyonçulara məxsusdu.

"Rusiya Federasiyasına qarşı müxtəlif ölkələrin və şirkətlərin tətbiq etdikləri sanksiyalar milli təhlükəsizliyimizin təminatında həyati önəmə malikdir. "Coinbese" dövlət qurumlarının bu istiqamətdəki bütün səyləri dəstəkləyir", - şirkətin açıqlamasında deyilir.


Etiketlər:  Rusiya milyard dolları itirdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ