Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Polşanın gücü tükənir: beş milyona qədər qaçqın... - VİDEO

Polşanın gücü tükənir: beş milyona qədər qaçqın... - VİDEO

Tarix: 8 Mart 2022 13:14

Polşa ilə sərhədə ukraynalı qaçqınların fasiləsiz axını davam edir.

Sonxeber.net Euronews-a istinadən xəbər verir ki, müharibənin ilk on günündə ölkəyə bir milyondan çox insan gəlib.

Sərhəd Pşemısl şəhərinin meri etiraf edir ki, qaçqınların bu cür sürətlə gəlməsi onların imkanlarını ciddi şəkildə məhdudlaşdırır.

Buraya gecə-gündüz onlarla avtobus gəlir. Tükənmiş qaçqınlar ən zəruri şeyləri - yemək və geyimi alırlar.

Kiyevli aşpaz Tatyana 7 yaşlı oğlu üçün isti pencək axtarır. Onlar tələsik evdən çıxıblar, toplanmaq üçün çox vaxt yox idi.

Yemək və sığınacaqla yanaşı, qaçqınların, əsasən də qadınların və uşaqların, o cümlədən vicdansız insanlardan müdafiəyə ehtiyacı var.

"Euronews"un müxbiri Monika Pina: "Bu, İkinci Dünya Müharibəsindən sonra Avropada ən sürətlə artan qaçqın böhranıdır. Ukraynada münaqişə kəskinləşdikcə, Polşa hakimiyyəti bunun yalnız başlanğıc olduğunu deyir. Yerli humanitar səylərin tükəndiyi görünsə də, daha üç-dörd milyon qaçqının buraya gəlməsi gözlənilir.

Aslan Məmmədov


Etiketlər:  Polşanın gücü tükənir beş milyona qədər qaçqın VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ