Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb

Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb

Tarix: 8 Mart 2022 15:12

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalar aparır.

Milli.Az APA-ya istinadən bildirir ki, yoxlamalar icra hakimiyyətində yol verilmiş bəzi qanun pozuntuları ilə bağlıdır.

Məlumata görə, Rayon İcra Hakimiyyətinin bir neçə vəzifəli şəxsi artıq dindirilib.

Araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bir neçə gün əvvəl vəzifəsindən azad edilib.

Milli.Az


Etiketlər:  Göyçay Rayon İcra Hakimiyyətində yoxlamalara başlanılıb


RƏYLƏR