Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya ordusu Ukraynada artıq məğlub olub - ŞƏRH

Rusiya ordusu Ukraynada artıq məğlub olub - ŞƏRH

Tarix: 8 Mart 2022 22:24

Ukrayna Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Rusiya ordusunun sürətlə irəliləməsinin qarşısı alınıb. Bu isə artıq rus ordusunun əhval-ruhiyyəsinin pozulduğunu, o cümlədən Kremlin müharibənin gedişini istədiyi kimi dəyişə bilmədiyini deməyə əsas verir.

Milli.Az konkretşaz-a istinadən bildirir ki, mövzunu şərh edən Orta Doğu araşdırmalar mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan bildirib ki, Rusiya Ukraynanı əsasən havadan bombalayır. Ukrayna tərəfinin o bombardmanların qarşısını alması hələlik mümkünsüz görünür. Ona görə də, Zelenski Qərbdəki müttəfiqlərindən Ukrayna hava məkanlarının bağlanmasını istəyib: "Amma hələlik Ukraynanın bu istəyi təmin olunmur. Rusiya hərbçiləri Ukrayna ərazisində irəliləsə də, bu o qədər də sürətli deyil. Buna təsir edən bir sıra amillər var. Birincisi ölkədə mülkü vətəndaşlar Rusiya hərbçilərinin irəliləməsinə mane olur. İkincisi Ukrayna hərbçiləri əvvəlki vaxtla müqayisədə Rusiya ordusuna qarşı daha ciddi müqavimət göstərə bilir. Üçüncüsü, Rusiya hərbçilərinin irəliləməsi üçün müəyyən ehtiyat qüvvələri çatışmır. Amma bütün hallarda Rusiyanın irəliləməsi havadan bombalaması nəticəsində mümkünləşir. Bunun nəticəsində isə Ukraynada dinc sakinlər həlak olur. Onların həlak olması isə Rusiyanın imicinə böyük zərbədir. Bu, Rusiya siyasi rəhbərliyinin soyqırım ittihamı ilə mühakimə olunmasına gətirib çıxara bilər".

Sədrəddin Soltanın sözlərinə görə, əgər Ukrayna ordusu hava hücumlarının qarşısını almaq üçün qırıcılarla və digər hərbi avadanlıqlarla təmin olunsa, o zaman Rusiyanın irəliləməsinin qarşısını birdəfəlik almaq mümkünləşər: "Amma hələlik Ukrayna ordusu müdafiə olunur. Rusiya bu müharibədə ədalətsiz mövqedədir. Buna görə də, rəsmi Moskva beynəlxalq huquqa görə, məğlub durumdadır. Kreml danışıqlar yolu ilə həll olunacaq məsələləri hərbi müstəviyə çevirməklə həm ölkə vətəndaşlarına və iqtisadiyyatına, həm də bütün dünyaya pis örnək oldu. Rus vətəndaşı sivil dünyanın gözündən düşdü. Yəni Rusiya mənəvi və hüquqi baxımdan artıq məğlubdur. Hətta rəsmi Moskva Kiyevi tutsa və Zelenskini devirib Yanukoviçi hakimiyyətə gətirsə belə, yenə də bu müharibədə məğlubdur. Amma Rusiya ordusunun Ukraynadan çıxarılması və Krımın öz sahibinə qaytarılması məsələsi bir qədər vaxt aparacaq".

Milli.Az


Etiketlər:  Rusiya ordusu Ukraynada artıq məğlub olub ŞƏRH


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ