Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Mart 2022 13:32
İçərisində uşaqlar və hamilə qadının olduğu 3 azərbaycanlı ailə Rusiya Silahlı Qüvvələrinin nəzarəti altına keçən kənddə qalıblar.
Rusiyanın Ukrayna ərazisinə hərbi müdaxilə etməsi nəticəsində bu ölkədə olan Azərbaycan vətəndaşları problemlər yaşamaqda davam edirlər.
Ukraynanın müxtəlif şəhər və rayonlarında qalan çoxlu sayda Azərbaycan vətəndaşları təxliyə ediləcəyi günü gözləyirlər.
Məsələn ''Xəzər Xəbər''ə mobil telefonla çəkilib göndərilən videoda 3 ailənin 15 üzvü Başdansk rayonunda yerləşən kəndlərdən birində yaşayırdı. Ancaq yaşadıqları kənd atəşə tutulduğundan, onlar hazırda bu rayonun Mixayilovka kəndindəki bir fermada qalmalı olublar.
Həmin kənd Rusiya Silahlı Qüvvələrinin tam nəzarətinə keçdiyindən onlar hec cür ərazini tərk edə bilmirlər.Onlar deyirlər ki, məhz bu səbəbdən ərzaqla təminatda porblem yaşayırlar.
Xarici İşlər Nazirliyindən isə bu günə qədər aparılan təxliyə prosesi ilə bağlı məlumat verilib.
Qeyd edilib ki, son sutka ərzində Azərbaycana 1237 nəfər, bugünədək isə 4375 nəfər təxliyə olunub. Onların arasında çarter reysləri ilə təxliyə edilənlər 2298 nəfər, quru yolu ilə isə 2077 nəfər təşkil edib: "Vətəndaşlarımızın təxliyəsi üçün Azərbaycan hökuməti tərəfindən əksəriyyəti Rumıniyanın Yassi şəhərindən olmaqla, Rumıniya və Polşa ərazisindən indiyədək 12 çarter reysi təşkil olunub. Bundan sonra da Ukraynadan vətəndaşlarımızın təxliyəsi davam etdiriləcək".
Sonxeber.net xezerxeber.az-a istinadla mövzu ilə bağlı videomaterialı təqdim edir: