Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Lindemann vağzalda ukraynalı qaçqınlara kömək edir - FOTO

Lindemann vağzalda ukraynalı qaçqınlara kömək edir - FOTO

Tarix: 9 Mart 2022 19:24

"Rammstein" qrupunun solisti Till Lindemann Berlin vağzalında ukraynalı qaçqınlara kömək edir.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ukraynalı qaçqın Alisa Komm instaqram səhifəsində bildirib.

O, T. Lidemannla Berlin vağzalında gecələməyə yer axtararkən rastlaşdığını və ifaçının ona kömək etdiyini bildirib. "Rammstein"in solisti qaçqının hotelpulunu ödəyib, axşam yeməyi üçün 50 avro (93 AZN-red.) pul verib. Artistin direktoru Cessika isə qıza öz nömrəsini verib və nəsə lazım olacağı tədqirdə ona zəng etməyi tapşırıb.

Qaçqın yazır ki, həmin an ağlamaq istəyib və musiqiçini üç dəfə öpüb: "Ona dedim ki, əvvəl mən Britni Spirsi sevirdim, indi isə "Rammstein"i sevirəm. O, ürəkdən güldü. Mən onu Kiprə dostlarımın yanına dəvət etdim. O isə burada kömək etməli olduğunu dedi. Dünya superulduzu vağzalda Ukraynadan olan qaçqınlara yerlə bağlı kömək edir. Səmimi və ürəkdən".


Etiketlər:  Lindemann vağzalda ukraynalı qaçqınlara kömək edir FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ