Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Halitoz-ağızdan pis qoxunun gəlməsi

Halitoz-ağızdan pis qoxunun gəlməsi

Tarix: 10 Mart 2022 08:33

Halitoz-tibbi termin olub, ağzdan xoşagəlməz qoxunun gəlməsi deməkdir.
Adətən ağız boşluğunun,daxili orqanların müxtəlif xəstəliklərin simptomu kimi biruzə verir.
Ümumi məlumat
Halitoz daimi və ya periodik olaraq məsələn,acqarına vəya qida qəbulundan sonra insanı narahat edir.Vaxt azlığından vəya maddi sıxıntıdan insanlar stomatoloqa müraciət etmirlər,bu qoxunu müxtəlif nanəli saqqızlarlar çeynəməklə aradan qaldırmağa çalışırlar.Bununla belə halitoz nəinki stomatoloji,eyni zamanda daxili orqanların müxtəlif pozğunluqları nəticəsində yarana bilər.
Səbəbləri
Halitozun yaranması ən çox ağız boşluğunun gigiyenik vəziyyəti ilə bağlıdır.Pis qoxu ağzın selikli qişasında, dişlərdə olan bakteriyaların ifraz etdikləri maddələr nəticəsində yaranır.Ağıza düzgün qulluq etmədikda bu bakteriyalar dildə,diş ərpində,diş əti ciblərində toplanır.Onların çoxalması karies,parodontit,parodontoz,qinqivit,stomatitə şərait yaradır.Ağız boşluğunun quruluğu da buna səbəb ola bilər.Buna səbəb tüpürcək ifrazının azalması,ağzın açıq qalması,ağızla nəfəs almaq,siqaret çəkmək ,spirtli içkilərin qəbuludur.Pis qoxu eləcə də kəskin iyli qidaqaların -sarımsaq,soğan,qəhvənin qəbul etdikdə əmələ gəlir.
Halitoz aşağıdakı xəstəliklərin əlaməti kimi meydana çıxa bilər.
-tənəffüs yollarının infeksiyaları-ağ ciyərlərin absesi, bronxoektazlar
-mədə-bağırsaq traktının xəstəlikləri( qastrit,qastroduodenit,mədə xorası)
-burun-udlağn xroniki xətəlikləri(tonzillit,rinit və s.)
-qara ciyər çatmamazlıqları(balıq iyi)
-böyrək çatmamazlığı(ammonyak və ya sidik iyi)
-diabetik ketoasidoz(ağızdan şirin meyvə iyi)
Müalicəsi
Əsas səbəb ağız boşluğuna düzgün olmayan gigiyenik qulluqdursa,keyfiyyətli diş fırçasından istifadə etmək,dişləri yaxşı təmizləmək lazımdır.Daha yaxşı olar ki, stomatoloqa va müvafiq mütəxəssisə müraciət edəsiniz.
Profilaktikası
Profilaktikası ağız boşluğuna düzgün qulluq, mədə-bağırsaq və daxili orqanların digər xətəliklərini vaxtında müalicə etmək lazımdır.
 


Etiketlər:  Halitoz ağızdan qoxunun gəlməsi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ