Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İki nəhəng şirkət Rusiyanı tərk edir

İki nəhəng şirkət Rusiyanı  tərk edir

Tarix: 10 Mart 2022 14:38

ABŞ-ın "Mondelez International" i "Mars" korporasiyaları Rusiya iqtisadiyyatına kapital qoyuluşunu, habelə Rusiyada reklam fəaliyyətini dayandırır.

Sonxeber.net bildirir ki, şirkətlərin baş direktorlarının yaydıqları məktublarda belə deyilir.

"Mondelez International" 20 ildən artıqdır ki, Rusiyada fəaliyyət göstərir, 3 zavoda malikdir.

Oreo, Alpen Gold, Cadbury, Milka, Toblerone, Barny, Halls və s. brendlər bu şirkətə məxsusdur.

"Mars" isə 1991-ci ildən bəri Rusiya iqtisadiyyatına 2 milyard dollardan artıq sərmayə yatırıb.

Şirkət M&M's, Snickers, Orbit, Twix, Dolmio, Whiskas, Royal Canin, Sheba və s. brendlərinin sahibidir.


Etiketlər:  İki nəhəng şirkət Rusiyanı tərk edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ