Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İnternetdən dərman almayın - Xəbərdarlıq - VİDEO

İnternetdən dərman almayın - Xəbərdarlıq - VİDEO

Tarix: 10 Mart 2022 19:18

Onlayn ticarət genişlənməkdədir. İndi demək olar ki, istədiyimiz məhsulu internet platformalarından sifariş edirik. Bir sözlə, heç yerə getmədən hər şey ala bilirik. Ancaq elə məhsullar var ki, onların onlayn satışı birçox hallarda vətəndaşın aldadılmasına gətirib çıxarır. Söhbət belə formada satılan və  mənbəyi bilinməyən dərmanlardan gedir. Hansı ki, sosial şəbəkələrdə tez tez belə preparatların satışı ilə bağlı elanlara rast gəlirik. Təklif etdikləri dərmanların haradan gətirilməsi və  saxlanma şəraiti isə bəlli deyil.

Fəaliyyətini izlədikdə bu dərmanların alıcılarının da az olmadığını görürük. Bəziləri epteklərdə tapılmayan dərmanları məhz sosial şəbəkələrdə daha asanlıqla əldə etdiklərini deyirlər.

Həkimlər isə daha ehtiyatlı davranmağı tövsiyə edir. Həkim-Terapevt Rasif Bağırov bildirir ki, bu dərmanlar qəbul edilən normativlərə uyğun saxlanmadığı üçün onlardan istifadə ağır fəsadlara səbəb ola bilər. 

Rasif Bağırovun sözlərinə görə, bazara kifayət qədər saxta preparat ayaq açıb. Dərman zəhərlənmələri ilə bağlı araşdırma aparıldıqda məlum olur ki, apteklərdən kənar yerlərdən alınan dərmanlarda risklər çoxdur.

Ancaq belə saxta və qanunsuz dərman satanları sərt, hüquqi cəzalar gözləyir. Belə ki, keyfiyyətsiz, eləcə də, dövlət qeydiyyatından keçməyən dərmanların satışını həyata keçirən şəxslərin azadlığı2 ilə qədər məhdudlaşdırıla bilər.

Milli.Az xezerxeber.az-a istinadla videomaterialı təqdim edir:

Milli.Az


Etiketlər:  İnternetdən dərman almayın Xəbərdarlıq VİDEO


RƏYLƏR