Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Mart 2022 16:15
"Canını itirən uşaqları görməyən korlar nə qədər ödəniş alıb?"
"Sən fərqli fikirdə ola bilərsən, hadisələri başqa cür dərk edə bilərsən, amma bunun təbliğatını dayanmadan aparmağın bir adı var - Satılmışlıq!".
Sonxeber.net olay-a istinadən xəbər verir ki, bu sözləri sosial media hesabında keçmiş aparıcı Günel Hümbətova yazıb.
O, Rusiya və Ukrayna müharibəsində Rusiyaya dəstək verənləri tənqid edib:
"Deyirəm, bugünkü hadisələr də bəzi "facebook" tanışlarımızı bizə fərqli rakursdan tanıtdı. Yaltaqlar, yalançılar, empatiya hissindən məhrumlar, "fake" məlumatlar paylaşanlar, " bizə hücum etsə pisdi, başqasına hücum edib yaxşı edib" fikrində olanlar, müharibəyə haqq qazandıranlar və öz burnunun ucundan o tərəfi görməyənlər, atılan bombalardan canını itirən uşaqları, hamilələri görməyən korlar.... Görəsən, bunların qarşılığında nə qədər ödəniş alıblar?!".