Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 07:03
"Ukrayna Rusiyanın bütün planlarından xəbərdardır və müharibəni yalnız Putin və Şoyqu davam etdirmək istəyir".
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin kəşfiyyat idarəsinin rəisi Kirill Budanov deyib.
"18 batalyon taktiki qrupu döyüş qabiliyyətini tamamilə itirib, daha 13-ü tamamilə məhv edilib. 31 batalyon taktiki qrupu faktiki olaraq iki həftə ərzində döyüş qabiliyyətini itirib. Bunlar rusların indiyədək heç vaxt görmədiyi dəhşətli itkilərdir" - Budanov qeyd edib.
O bildirib ki, kəşfiyyat Rusiyanın demək olar ki, bütün planlarını bilir:
"Böyük ofislərdə bəzi ideyalar yaranan kimi biz onlar haqqında dərhal xəbərdar oluruq. Bir daha deyirəm, Ukraynanı hərbi yolla ələ keçirmək üçün edilən cəhdlər uğursuz olacaq".