Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Mart 2022 08:28
Rumıniya əhalisi kütləvi şəkildə yanacaq aldığı üçün məntəqələrdə uzun növbələr yaranıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, əhalinin bu davranışına yanacağın bahalaşacağı ilə bağlı xəbərlər səbəb olub. İnsanlar indidən maksimum yanacaq ehtiyatı tədarük etməyə çalışırlar.
Şayiələrə görə benzinin 1 litrinin 11 leyə (1 ley = 40 qəpik) qədər bahalaşması gözlənilir. Hazırda yanacağın qiyməti regiondan asılı olaraq 7,5 - 8,3 ley arasında dəyişir. Ukraynaya yaxın YDM-lərdən biri yanacağı 11 leyə satdığı üçün cərimələnib.
Dövlət rəsmiləri Rumıniyanın neft istehsalçısı olduğu deyərək qiymət artımına əsas görmürlər.