Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ukraynada dünyanın 52 ölkəsinin vətəndaşı döyüşür

Ukraynada dünyanın 52 ölkəsinin vətəndaşı döyüşür

Tarix: 12 Mart 2022 09:38

Ukraynada dünyanın 52 ölkəsinin nümayəndəsi döyüşür.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, bunlar Polşa, Baltikyanı və Skandinaviya ölkələrindən olan hərbçilərdir.

Belə ki, könüllülər Rusiyaya qarşı döyüşmək üçün Beynəlxalq Legionun sıralarına qoşulublar. Hüquqi məsələlər həll edildikdən sonra əcnəbi hərbçilərə texnika və silahlar verilir. Daha sonra legionerlər xüsusi hazırlıq keçir, sonra isə hərbi hissələr formalaşdırılır.

Milli.Az


Etiketlər:  Ukraynada dünyanın ölkəsinin vətəndaşı döyüşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ