Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Rusiya MN: Ukraynada 3500-ə yaxın hərbi obyekt məhv edilib

Rusiya MN: Ukraynada 3500-ə yaxın hərbi obyekt məhv edilib

Tarix: 12 Mart 2022 12:30

Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 3491 hərbi obyekti məhv edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

"Yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerordom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi sıradan çıxarılıb".

O həmçinin qeyd edib ki, Ukrayna silahlı qüvvələrinin 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəş sistemi, 423 səhra artilleriya və minaatan, 934 xüsusi təyinatlı hərbi texnika, eləcə də 123 pilotsuz uçuş aparatı da məhv edilib.

Milli.Az


Etiketlər:  Rusiya MN Ukraynada 3500 ə yaxın hərbi obyekt məhv edilib


RƏYLƏR