Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Rusiya Xersonda saxta referendum keçirməyə çalışır'' - Kuleba

''Rusiya Xersonda saxta referendum keçirməyə çalışır'' - Kuleba

Tarix: 12 Mart 2022 21:44

"Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır".

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"2014-cü ilin oyunundan sonra ruslar indi də Xersonda saxta "xalq respublikası" üçün saxta referendum təşkil etməyə çalışır. Xalqın buna heç bir dəstəyinin olmadığını nəzərə alsaq, bəllidir ki, bu "referendum", tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq", - deyə Ukrayna xarici işlər naziri bildirib.

Baş diplomat əlavə edib ki, Rusiyaya qarşı sərt sanksiyalar davam etməlidir.


Etiketlər:  Rusiya Xersonda saxta referendum keçirməyə çalışır Kuleba


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ