Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Mart 2022 16:45
Xalq artisti Tünzalə Ağayeva paytaxt restoranlarından birində səhnəyə çıxıb.
Sonxeber.net BAKU.WS-ə istinadən xəbər verir ki, qısa müddət əvvəl saçlarını uzatdıraraq imicini dəyişən Tünzalə yeni görünüşündən şikayətlənib. Bu hadqa "Şourum" proqramına danışan Xalq artisti saçının ona səhnədə olarkən çətin anlar yaşatdığını bildirib:
"Səhnədə çox tərləyirəm. Oxuyuram, su axır saçımdan... Mahnının ortasında fen axtarıram. Amma tamaşaçı səni gözəl görmək istəyir. O gözəlliyi də daşımaq lazımdır. Sən tərlədin, ya da sənə xoş olmadı - bunun heç birinin tamaşaçıya aidiyyəti yoxdur. Hərdən səhnədə elə korsetlər geyinirik ki, nəfəs də ala bilmirik. Elə dikdaban ayaqqabılar olur bəzən, üzərində dayanmaq çətin olur. Belə saçların olanda su tökülür, amma sən oxumağa davam edirsən".