Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Noutbuklar keçmişdə qalır, artıq onlara ehtiyac yoxdur - "Google" texniki direktoru

Noutbuklar keçmişdə qalır, artıq onlara ehtiyac yoxdur -

Tarix: 14 Mart 2022 21:52

"Google"nin Android üzrə texniki direktoru Riş Mayner yaxın gələcəkdə noutbukların tarixə qovuşacağını bildirib.

Artıq planşetlərə tələbat və satışı noutbukları üstələyib.

Milli.Az bakupost.az-a istinadən xəbər verir ki, ekspert bildirib ki, pandemiya girəndən planşetlərə maraq ikiqat artıb. Onların populyarlığını artıran yeni klaviatura imkanının yaradılmasıdır.

Artıq planşetlərin proqram və aparat təminatı ondan yaradıcı məqsədlər üçün istifadə etməyə imkan verir.

Onlar noutbuklardan daha yığcam, funksional və ucuzdur.

Bunları nəzərə alaraq, Google OC Android 12L hazırlanmasına başlayıb.

2021-ci ildə planşetlərin satışı faktiki olaraq noutbukların sayını keçib.

"Mən düşünürəm ki, çox da uzaq olmayan gələcəkdə elə bir kəsişmə nöqtəsinə gələcəyik ki, istehlakçılar noutbuk əvəzinə planşeti seçəcək. Biz o nöqtəni keçən ki, proses daha heç vaxt geri qayıtmayacaq və noutbuklar tarixə qovuşacaq".

Milli.Az


Etiketlər:  Noutbuklar keçmişdə qalır artıq onlara ehtiyac yoxdur Google texniki direktoru


RƏYLƏR