Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu dəfə Ukraynada “Fox News” əməkdaşı ağır yaralandı - FOTO

Bu dəfə Ukraynada “Fox News” əməkdaşı ağır yaralandı - FOTO

Tarix: 15 Mart 2022 07:54

Daha bir əcnəbi jurnalist Ukraynadakı müharibəni işıqlandırarkən yaralanıb. Britaniya müxbiri hər iki ayağından qəlpə yarası alıb.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova məlumat yayıb.

Baş prokuror hadisənin yerli vaxtla saat 16:00 radələrində baş verdiyini deyib.

Məlumatda bildirilib ki, britaniyalı jurnalistin hər iki ayağı sınıb. Qeyd edilib ki, o, hazırda ukraynalı həkimlərin nəzarəti altında reanimasiyadadır.

Qeyd edək ki, Venediktova jurnalistin vəsiqəsinin fotosunu da paylaşıb. Sənəddə ABŞ-ın "Fox News" xəbər kanalının adı göstərilir.

Xatırladaq ki, ötən gün Ukraynada 1971-ci il təvəllüdlü jurnalist Reno Brent başından güllə yarası alıb. Digər jurnalist, 1975-ci il təvəllüdlü Xuan Arredondo güllələnib və Kiyevdəki Oxmatdıt xəstəxanasında müalicə olunur. Həkimlərin sözlərinə görə, yaralı jurnalistin həyatı üçün heç bir təhlükə yoxdur.


Etiketlər:  dəfə Ukraynada News əməkdaşı ağır yaralandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ