Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ukrayna Ədliyyə Nazirliyi Rusiya ilə danışıqlara qoşulub

Ukrayna Ədliyyə Nazirliyi Rusiya ilə danışıqlara qoşulub

Tarix: 15 Mart 2022 08:33

Zelenskinin ofisi Ukrayna Ədliyyə Nazirliyinin rəhbərinin Rusiya Federasiyası ilə danışıqlara qoşulduğunu təsdiqləyib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixailo Podolyak bildirib.

O, Ukraynanın ədliyyə naziri Denis Malyuskanın Rusiya ilə danışıqlar prosesinə qoşulduğunu təsdiqləyib. "Danışıqlar prosesinin hüquqi detallarına ciddi diqqət yetirmək zəruridr", - deyə Podolyak bazar ertəsi "Strana" qəzetinə verdiyi şərhdə deyib. Bundan əvvəl Podolyak öz Tvitter səhifəsində Ukrayna Ədliyyə Nazirliyinin rəhbərinin danışıqlarda iştirak edənlər arasında olduğu fotonu yerləşdirib. Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar bazar ertəsi onlayn formatda keçirilib. Zelenskinin ofisinin rəhbərinin məsləhətçisinin sözlərinə görə, Rusiya Federasiyası və Ukrayna nümayəndə heyətləri arasında sabaha qədər danışıqlarda texniki fasilə verilib.

Milli.Az


Etiketlər:  Ukrayna Ədliyyə Nazirliyi Rusiya ilə danışıqlara qoşulub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ