Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Mart 2022 13:45
Xəbər verdiyimiz kimi, martın 14-dən Rusiya ərazisində instaqram sosial şəbəkəsinə giriş bloklanacaq. Hazırda orada olan azərbaycanlı müğənnilər də sosial şəbəkəyə girə bilməməkdən gileylənib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni Rəqsanə İsmayılova əvvəlcə instaqram izləyiciləri ilə sağollaşıb. Bir gündən sonra isə ifaçı sosial şəbəkəyə girmək üçün xüsusi proqramdan istifadə edib.
Rəqsanə bu sevincini rəqs edən zaman çəkdiyi videonu paylaşaraq, izləyiciləri ilə bölüşüb. "İnstaqram, əla... Bu proqramı çıxaranın Allah balasını saxlasın. Necə köməyimizə çatdı" deyə, Rəqsanə paylaşımında qeyd edib.