Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Cahangir Novruzov: “Aktyor sənəti onlayn ola bilməz”

Cahangir Novruzov: “Aktyor sənəti onlayn ola bilməz”

Tarix: 19 Mart 2022 14:15

Azərbaycanın görkəmli teatr və kino xadimi, Xalq artisti, Adana Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov yeni tamaşanın premyerasına hazırlaşır. 

Milli.Az xəbər verir ki, bu barədə bizim.media-ya özəl açıqlama verən Cahangir Novruzov mərhum türk dramaturqu Turqut Özakmanın "Divarların ötəsi" əsərinə quruluş verdiyini və hazırda əsər üzərində gərgin məşqlərinin getdiyini söyləyib. 

Belə ki, ilk dəfə Universitetin "Afife Jale" Teatr səhnəsində nümayiş olunacaq tamaşada tələbələri ilə yanaşı, Cahangir Novruzovun özü də çıxış edəcək.
Tamaşanı pandemiya günlərində ərsəyə gətirən Cahangir Novruzov, aktyorluq sənətinin onlayn qaydada tədrisinin mümkünsüzlüyünü açıqlayıb:

"Bu il mənim sinifim 5 nəfərdən, 4 oğlan bir qızdan ibarətdir. Mən ikinci sinifdən onlarla çalışıram. İstedadlı gənclərdir. Pandemiya dövründə onlarla sənət dərsləri keçmək çətin olsa da əziyyətimiz hədər getmədi. Belə ki, pandemiya zamanında onlarla üz-üzə dərs keçmək üçün evdə görüşmüşük, dərsləri də evdə keçirdim.

Çünki mən hesab edirəm ki, aktyorluq sənəti onlayn ola bilməz. İnşallah aprelin sonunda tamaşanın premyerasını təqdim edəcəyik.

Artıq tamaşanı Konyada keçirilən tələbə tamaşaları festivalında nümayiş etdirmək üçün dəvət də almışıq. Qeyd edim ki, sonuncu dəfə Konyada Tuncer Cücenoğlunun "Uçqun" (Çığ) əsərini təqdim etmişdik". 

Milli.Az


Etiketlər:  Cahangir Novruzov Aktyor sənəti onlayn ola bilməz


RƏYLƏR