Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

PAŞA Bank-ın sədri MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə “Ən Yaxşı CEO” adına layiq görüldü

PAŞA Bank-ın sədri MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə “Ən Yaxşı CEO” adına layiq görüldü

Tarix: 30 Aprel 2019 14:51

Bakı. Trend:

PAŞA Bank-ın İdarə Heyətinin sədri Taleh Kazımov nüfuzlu “EMEA Finance” beynəlxalq iqtisadi nəşri tərəfindən MDB, Mərkəzi və Şərqi Avropa ölkələri üzrə “Ən Yaxşı CEO” adına layiq görülüb.

Avropanın bir sıra tanınmış banklarının idarə heyəti üzvlərinə verilən bu mükafat ilk dəfə Azərbaycan bankının sədrinə təqdim olundu. Avropa Bankçılığı Mükafatlarının qaliblərinin seçilməsi prosesində müxtəlif nominasiyalarda Raiffeisen Bank, UniCredit, Societe Generale, Barclays və s. kimi dünyanın qabaqcıl banklarına mükafatlar verilib, mükafatlar davamlı inkişafı göstərən və öz biznesinin inkişafında texnoloji yenilikləri daim tətbiq edən maliyyə qurumlarına və rəhbərlərinə təqdim edilir.

Bu təqdirəlayiq uğur münasibəti ilə sədr Taleh Kazımovu təbrik edir və gələcək işlərində uğurlar diləyirik!

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  PAŞA Bank sədri Mərkəzi Şərqi Avropa ölkələri üzrə Yaxşı adına layiq görüldü


RƏYLƏR