Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 12:18
Bakı. Elçin Mehdiyev – Trend:
Azərbaycanda Aşura günü ənənəsi hələ də yaşadılır.
Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Allahşükür Paşazadə deyib.
O bildirib ki, sonrakı dövrlərdə bəzi təsirlər nəricəsində zəncirvurma, başyarma, qançıxarma halları bəyənilmirdi: "Buna görə də qərara gəlindi ki, qanvermə aksiyası təşkil olunsun. Öz qanımızı verməklə xəstə insanlara kömək edirik. Bu, şəriətin və dinin istəyidir".
Şeyxülislam qeyd edib ki, hazırda Azırbaycanın bir çox məscidlərində qanvermə aksiyası davam edir: "Sevindirici haldır ki, Azərbaycandan sonra qonşu ölkə olan İran və Türkiyədə də bu ənənə vüsət alıb. Hesab edirəm ki, bu savab işdir. Vətən uğrunda həlak olan bütün şəhidlərimizə də başsağlığı verirəm".
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin