Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kovid keçirənlərin mədəsində ağır problemlər yaranır - Qastroenteroloq

Kovid keçirənlərin mədəsində ağır problemlər yaranır - Qastroenteroloq

Tarix: 20 Mart 2022 20:00

Kovid infeksiyasının təhlükəli nəticələrindən biri də mədənin selikli qişasının demək olar ki, sıradan çıxmasıdır.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, rusiyalı həkim qastroenteroloq, hepatoloq Sergey Vyalov virusun mədəyə təsirini açıqlayıb.

Mədəyə təkcə kovid yox, eləcə də müalicə zamanı zərbə dozalı güclü dərmanlar təsir edir.

Xüsusən antibiotiklər, aspirin, parasetamol qastritə səbəb olur.

Koronavirus ATF fermenti ilə təmasda olub hüceyrə səviyyəsində dövr edir.

Bu ferment isə bütün orqanlarda var. Bu yolla virus mədənin də toxumasına keçir.

Orda iltihabi proses yaradır.

Xüsusən kovidə qədər mədəsində qastrit olanlar təhlükədədir.

"Çox xəstələrim oldu ki, kovidə qədər mədəsi salamat idi, koviddən sonra qastrit və iltihab yarandı, qastriti olan xəstələrimdə isə dərinləşərək xoraya çevrildi. Kovid müalicəsi zamanı istifadə olunan bütün dərmanlar, virus əleyhinə güclü preparatlar mədəni zədələyir. Ona görə də mədə divarını qorumaq üçün həkim mütləq səhərlər Omeprazol tərkibli dərmanlar təyin etməlidir. Xüsusən qandurulaşdıcı dərmanlar mədədə qanaxma yarada bilər.

Koviddən sonra mədəsində problem hiss edənlər, yubatmadan qastroskopiyadan keçsin".

Milli.Az


Etiketlər:  Kovid keçirənlərin mədəsində ağır problemlər yaranır Qastroenteroloq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ