Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusdan tam sağalmayanlar - Uzunmüddətli kovid nədir?

Koronavirusdan tam sağalmayanlar - Uzunmüddətli kovid nədir?

Tarix: 20 Mart 2022 22:36

COVID-19-a yoluxan bir çox insan bu xəstəliyi çox ciddi keçirtmir və qısa müddətdə sağalır. Lakin ağır xəstə olmayanlarda belə, sağaldıqdan sonra uzunmüddətli problemlər yaşayanların sayı kifayət qədərdir. Buna isə "uzunmüddətli COVID" adı verilmişdir.

Milli.Az xəbər verir ki, bu barədə uzman-terapevt Çinarə Səfərova məlumat paylaşıb.

Böyük Britaniyada səhiyyə işçiləri üçün təlimatda deyilir ki, COVID simptomları, yüngül və ya ağır olmasından asılı olmayaraq infeksiyanın başlamasından 12 həftə sonra belə davam edərsə və başqa səbəb yoxdursa, "uzunmüddətli COVID" diaqnozu qoyula bilər.

Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) "uzunmüddətli COVID" simptomlarını aşağıdakı kimi sadalayır:

-Həddindən artıq yorğunluq;

-Nəfəs darlığı, çarpıntılar, sinə ağrısı və sıxılma;

-Yaddaş və konsentrasiya problemi;

-Əzələ ağrısı;

-Dad və qoxu hiss etməkdə müəyyən dəyişikliklər.

Milli.Az


Etiketlər:  Koronavirusdan tam sağalmayanlar Uzunmüddətli kovid nədir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ