Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Mart 2022 17:10
Avroviziya-2022 təmsilçimiz Nadir Rüstəmli mahnı təqdimatına bir neçə gün qalmış "12 sual" proqramında izləyicilər tərəfindən təqdim olunan sualları cavablandırıb.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, o, klip çəkilişi haqda açıqlamalar verib.
Nadir deyib ki, bu həm öz mahnısı kimi, həm də peşəkar çəkiliş olaraq ilk işidir:
"Çox gözəl bir klip alındı. Mahnım haqqında nələr dedimsə, bir o qədər də klipə aid edirəm. Çünki çox möhtəşəm alındı. Əmin olun ki, klipim də çox iddialıdır. Çox danışılacaq bir klipdir. Çəkiliş prosesi mənim üçün çətin oldu. Düzü yekunu mən də görməmişəm".
Təmsilçimiz bildirib ki, klip Azərbaycanda lentə alınıb:
"Bakıda çəkilməyib. Çox möhtəşəm görüntülər və dəstixətt var. Orda Nadiri bir qədər fərqli görəcəksiniz. Hətta film kimi bir klip görəcəksiniz. Bu inanıram ki, bu klip çox danışılacaq. Təkcə Azərbaycanda yox, digər iştirakçı ölkələr də bundan danışacaq.
Öncədən Avroviziya təmsilçisi olmağın nə qədər çətin olduğunu bilirdim. Klip çəkilişində iştirak edəndən sonra başa düşdüm və bugünədək ölkəmizi təmsil edənləri sadəcə alqışlayıram ki, çox böyük insansınız. Çünki çox proses çətindir. Ümid edirəm ki, çəkdiyimiz əziyyətə dəyəcək".