Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 17:21
Yaş artıqdca dəri toxumaları elastikliyini itirir. Bu da zamanla qırışların yaranmasına səbəb olur. Arzuolunmaz qırışlardan isə təbii vasitələrlə də qurtulmaq mükündür.
Sonxeber.net axşam.az-a istinadən ev şəraitində qırışlara qarşı istifadə edə biləcəyiniz maskaları təqdim edir.
Yaş maya maskası
1 ədəd yaş mayanı ilıq su ilə krem halına gələnə qədər qarışdırın. Daha sonra maskanı qırış olan nahiyəyə çəkib 30 dəqiqə gözləyin. Dərinizi soyuq su ilə yuyaraq təmizləyin.
Xiyar maskası
1 ədəd xiyarı əzin və suyunu çıxarın. Üzərinə yarım çay stəkan süd əlavə edib qarışdırın. Pambıq vasitəsi ilə qarışımı qırış olan bölgəyə çəkin. Quruduqdan sonra eyni prosesi 3 dəfə təkrarlayın. Sonda 10 dəqiqə gözləyib maskanı soyuq su ilə yuyun.