Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 17:32
"Reddit" istifadəçisi uşağın atasının onlayn konfransına qoşulması və təsadüfən onun sirrini açması ilə bağlı video yayımlayıb. Video on minlərlə bəyənmə qazanıb.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, görüntülərdə uşaq həmkarları ilə videokonfransda olarkən atasının otağına girir, qollarını yelləyir, sonra isə qaçır. Bundan sonra utanan şəxs həmkarlarından üzr istəyir və qapını bağlamaq üçün oturduğu yerdən qalxır. Bu zaman həmsöhbətləri kişinin iş iclasında şalvarsız oturduğunu görürlər.
"Əla şortdur!", - deyə konfrans iştirakçılarından biri uca səslə deyib. Bir neçə saniyədən sonra o, oturduğu yerdən qalxaraq özünün də şort geyindiyini göstərib.