Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Mart 2022 20:27
Britaniya həkimləri sümük xərçənginin ciddi görünməyən, lakin gizli əlamətlərini açıqlayıb.
Sonxeber.net xəbər verir ki, adətən bu xəstəlik açıq-aşkar əlamət vermir, lal davam edir.
Canser Research təşkilatının mütəxəssisləri bildirib ki, xəstələr ya ağrını iqnor edir, ya da dərmanla basdırır.
Oynaqlarda və iri sümüklərdə küt sızıltı və ağrılar istənilən yaşda istənilən səbəbdən qalxa bilər.
Amma getdikcə artan bu ağrılar, eləcə də sümüklərin ətrafında şişkinlik, ödem, qızartı, yaraların gec sağalması, ayaqlarda keyimə, uyuşma sümük xərçənginin də əlaməti ola bilər.
Oynaqlarda gərginlik, sərtlik də simptomdur. İnsanlar bu əlamətləri ağrıkəsicilərlə aradan qaldırmağa çalışır. Ən pisi odur ki, yoxlanmadan isti kompresslər, mazlar çəkir, fizioterapiyaya gedirlər. Bu isə şişlərdə əks göstərişdir. /medicina.az