Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Assanc həbsxanada evləndi - FOTO

Assanc həbsxanada evləndi - FOTO

Tarix: 24 Mart 2022 08:12

"WikiLeaks"in qurucusu Culian Assanc həbsdə olduğu Londondakı Belmarş həbsxanasında nişanlısı və iki uşaq anası Stella Morislə evlənib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, həbsxanada keçirilən görüş zamanı nikah mərasimi baş tutub.

Mərasimə iki rəsmi şahid və iki mühafizəçinin iştirakına icazə verilib.

Həbsxanaya gəlinlik paltarında gələn Moris, şərtlərin çox məhdudlaşdırıcı olmasına baxmayaraq, həyəcanlı olduğunu və Assancın toyu səbirsizliklə gözlədiyini bildirib.

Qeyd edək ki, beş ildir ki, nişanlı olan 38 yaşlı Stella Morris və Culian Assancın iki övladı var.

Xatırladaq ki, 2006-cı ildə bir sıra hökumətlər, o cümlədən, ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edən Culian Assanc, həmçinin Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin öldürülməsi, Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayıb.

2012-ci ildə İsveçin ona qarşı seksual cinayətdə ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınıb və orada demək olar ki, 7 il gizlənib. 2019-cu il aprelin 11-də "Scotland Yard" Assancı bu ölkənin səfirliyində həbs edib. Bundan sonra ABŞ hakimiyyəti Culian Assanca qarşı casusluq və məxfi informasiyanın yayılması ilə bağlı 17 epizoddan ibarət yeni ittihamlar irəli sürüb. Birləşmiş Ştatlarda haker fəaliyyətinə görə "WikiLeaks" saytının qurucusunu 175 il həbs cəzası gözləyir.

Milli.Az


Etiketlər:  Assanc həbsxanada evləndi FOTO


RƏYLƏR