Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Sentyabr 2019 15:40
Bakı. Trend:
Birləşmiş Ştatlarınin Azərbaycandakı səfirliyi və Bakı Amerika Mərkəzi, hər il qeyd olunan“İngilis dili həftəsi”nin rəsmi açılışını elan edir.
Səfirlikdən Trend-ə verilən məlumata görə, 9 -13 sentyabr tarixlərində Azəbaycanın müxtəlif regionlarından 100-dən çox ingilis dili müəllimləri Amerika Mərkəzində bir araya gələrək praktiki ünsiyyət təcrübəsini vurğulamaq üçün bir sıra tədbirlərdə iştirak edəcəklər.
“İngilis dili həftəsi”ndə müəllimlər video mühazirələrin tədris proqramlarında səmərəli istifadə olunması, sosial medianın siniflərə mənalı şəkildə inteqrasiya olunması və müasir şagirdləri dərslərə cəlb etmək üçün digər üsulları öyrənəcəklər.
Maraqlanan müəllimlər 12 sentyabr saat 15:00-da açıq mühazirəyə dəvət olunurlar.
İngilis dili Həftəsi ilə bağlı daha ətraflı məlumat əldə etmək üçün Bakı Amerika Mərkəzinin Facebook səhifəsinə daxil olun: https://www.facebook.com/bakuamericancenter/
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin