Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Konor Makqreqor saxlanılıb

Konor Makqreqor saxlanılıb

Tarix: 24 Mart 2022 15:08

Mütləq Döyüş Çempionatının (UFC) 2 çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor İrlandiyanın paytaxtı Dublində saxlanılıb.

Milli.Az xəbər verir ki, 34 yaşlı döyüşçü təhlükəli avtomobil idarə etdiyi üçün tutulub.

İdmançının "Bentley Continental GT" markalı maşını cərimə meydançasına göndərilib. Polis bölməsinə aparılan Makqreqora qarşı ittiham irəli sürülüb. O, iclas təyin olunanda məhkəməyə gəlmək öhdəliyi ilə zaminə buraxılıb.

Döyüşçü təqsirli bilinsə, 5500 ABŞ dolları məbləğində cərimə ödəyə və ya 6 aylıq həbs oluna bilər.

Milli.Az


Etiketlər:  Konor Makqreqor saxlanılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ