Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Mart 2022 20:16
Xəbər verdiyimiz kimi, dünya şöhrətli fransız aktyoru Alen Delon evtanaziya (sağalmaz xəstəlikdən əziyyət çəkən insanı həyatdan məhrum etmək) edərək həyatını sonlandırmaq qərarına gəlib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, aktyor onun ölümünə kömək etməsi üçün böyük oğlu Entoni Delondan yardım istəmişdi. Entoni isə bu prosedur üçün məsuliyyəti üzərinə götürməkdən imtina edib. Aktyorun həyatla vidalaşmasına qızı Anuşka Delon kömək edəcək.
Qeyd edək ki, Delon 2019-cu ildə bir neçə dəfə insult keçirib. O, hazırda evtanaziya prosedurunun qanuni və icazəli olduğu İsveçrədə yaşayır. Ulduzun evtanaziyanı nə vaxt edəcəyi isə hələlik bəlli deyil.