Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərlənib

Sabirabadda bir ailənin üç üzvü dəm qazından  zəhərlənib

Tarix: 24 Mart 2022 22:24

Sabirabadda ailə üzvləri dəm qazından zəhərlənib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Qalağayın kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1994-cü il təvəllüdlü Babayeva Asya Əli qızı, 2014-cü il təvəllüdlü Babayev Rüstəm Asim oğlu və onun qardaşı, 2015-ci iltəvəllüdlü Babayev Sinan Asim oğlu evdə dəm qazından zəhərləniblər.

Zərərçəkənlər Sabirabad Rayon Xəstəxanasında ilk tibbi yardım alıblar, sonra Saatlı Rayon Mərkəzi Xəstəxanasına göndəriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Sabirabadda bir ailənin üç üzvü dəm qazından zəhərlənib


RƏYLƏR