Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukrayna heç vaxt təslim olmayacaq!'' - Əməkdar artist

''Ukrayna heç vaxt təslim olmayacaq!'' - Əməkdar artist

Tarix: 25 Mart 2022 16:55

Ukraynanın Əməkdar artisti Svetlana Loboda növbəti dəfə ölkədə baş verən hadislərlə bağlı paylaşım edib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, o, ötən günkü paylaşımında artıq müharibənin başlamasından bir ay keçdiyini xatırladaraq hələ də ailə üzvlərinin Ukraynada olduğunu yazıb:

"Bu gün (red. - 24 fevraldan martın 24-dək) dəhşətli "müharibə" sözünün hər bir ukraynalının həyatına daxil olmasından düz bir ay keçir. Bu gün rus qoşunlarının Ukrayna ərazisini işğal etməsindən düz bir ay ötür. Minlərlə ölü günahsız insan, on minlərlə yaralı. Doğma şəhərlərimiz, həyatlarımız dağıdılıb, dəhşətli sayda uşaq həlak olub. Bu, pis yuxu və ya distopik ssenari deyil - bu, barışması mümkün olmayan reallıqdır.

Ukrayna hərbçiləri, sadə insanlar, öz canları bahasına ölkənin müdafiəsinə qalxan hər kəs sübut edir ki, Ukrayna heç vaxt təslim olmayacaq və dünyada heç bir ordu onu sındıra bilməz! Əsgərlərimiz, xalqımız və dünyamız qarşısında baş əyirik!

Qohumlarım, atam, nənəm hələ də Kiyevin yaxınlığındakı kənddədir. Doğma İrpinimiz məhv oldu. Yazdıqca göz yaşlarımı saxlaya bilmirəm. Ən böyük fiziki pislik ölümdür. Ən böyük mənəvi pislik müharibədir. Bu gün nə qədər qorxulu olsa da, dünya sabahımızdır!"

Xatırladaq ki, daha əvvəl müharibəyə qarşı çıxış edən ifaçı Rusiyada "arzuolunmaz məşhurlar" siyahısına düşüb. Daha sonra onun Ukrayna vətəndaşlığından imtina etməsi ilə bağlı iddialar yaransa da o, bunu təkzib edib.

Qeyd edək ki, Ukrayna Ali Radasının Humanitar və İnformasiya Siyasəti Komitəsi prezident Volodimir Zelenskidən bir sıra Rusiya və Ukrayna artistlərinin fəxri adlarından məhrum edilməsini tələb edib. Nikolay Baskov, Vladimir Bortko, Vasili Qerello, Filipp Kirkorov, İqor Krutoy, Karolina Kuek (ləqəbi Ani Lorak), Svetlana Loboda, Taisiya Povaliyin "Ukraynanın Xalq artisti" və "Ukraynanın Əməkdar artisti" fəxri adlarından məhrum edilməsi xahiş olunub.

Milli.Az


Etiketlər:  Ukrayna heç vaxt təslim olmayacaq Əməkdar artist


RƏYLƏR