Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 08:03
Böyük Britaniyada yeni növ koronavirusa yoluxma sayında sıçrayışla artım qeydə alınıb.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, həftə ərzində 4,3 milyon yoluxma qeydə alınıb. Halbuki, ilin ilk həftəsində yoluxma göstəricisi daha aşağı olub.
Ölkədə hər 16 nəfərdən birinin koronavirus yoluxduğu bildirilir. Sürətli yayılma Omikron ştamı ilə izah edilir. Bununla belə, ağırlaşma göstəricisi çox aşağıdır.
Ekspertlər məhdudiyyətlərin çox tez aradan qaldırılmasının da yoluxmaya təsir etdiyi qənaətindədirlər. Ümumdünya Səhiyyə Təşkilatı da Britaniyanı məhdudiyyət tədbirlərini kəskin şəkildə ləğv etdiyi üçün tənqid edib.