Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Mart 2022 10:30
Meyxanaçı Rəşad Dağlı uzun müddətdir efirlərə çıxmır.
Sonxeber.net olay-a istinadən xəbər verir ki, buna səbəb isə onun televiziya kanallarından pul tələb etməsidir.
Belə ki, sənətçi öncə verilişin formatına baxır, bəyəndiyi halda isə 1000 manat qarşılığında proqrama çıxacağını bildirir.
Hətta, o, bir neçə ay öncə kanalların biriylə razılaşıb. Studiyaya gələndən sonra ona verilən vədin yerinə yetirilmədiyini görüb və verilişdə yer almaqdan imtina edib.
Qeyd edək ki, kanallardan qonorar tələb edən sənətçilər arasında Natavan Həbibi, Xatirə İslam, Elşad Xose də yer alır.