Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oxu.Az da Rusiyada bloklandı

Oxu.Az da Rusiyada bloklandı

Tarix: 27 Mart 2022 14:28

Oxu.az saytına Rusiya ərazisində blok qoyulub.

Sonxeber.net xəbər verir ki, bu qərar Roskomnadzor (Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi İnformasiya Vasitələrinə Nəzarət Federal Xidməti) tərəfindən verilib.

Saytın redaksiyasına heç bir məlumat, xəbərdarlıq edilmədən atılan bu addım birbaşa söz azadlığına, demokratiyaya, plüralizmə zidd hesab olunur.

Qeyd edək ki, Azərbaycanın ən oxunaqlı xəbər saytlarından olan Oxu.Az heç bir zaman yalan, dəqiqləşdirilməmiş, həqiqətə uyğun olmayan məlumatlar yaymayıb. Bu baxımdan Roskomnadzorun belə addım atması olduqca qərəzli və qanunsuzdur.

Xatırladaq ki, Oxu.az iki dildə - Azərbaycan və rus dillərində fəaliyyət göstərir. Bu baxımdan verilmiş qərarı həm də Oxu.Az-ın Rusiyadakı oxucularına qarşı hörmətsizlik hesab etmək olar. Oxu.az saytı həm Roskomnadzoru, həm də Azərbaycanın Rusiyadakı Səfirliyini məsələyə yenidən nəzər salmalarını, baş vermiş bu qərəzli hadisənin təkrar qiymətləndirilməsi istəyir. Ən azından yaranmış vəziyyətlə bağlı Oxu.Az-a rəsmi məlumat verilməsi tələb edilir: "İnanırıq ki, bu qanunsuz qərar ciddi müdaxilə, məsuliyyətli yanaşma nəticəsində ləğv olunacaq".


Etiketlər:  OxuAz Rusiyada bloklandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ