Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr

Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr

Tarix: 27 Mart 2022 16:30

Allergiya xəstələri çiçəkləmə mövsümündən iki-üç həftə əvvəl dərman qəbul etməyə başlamalı, həmçinin əvvəlcədən xüsusi pəhriz saxlamalıdırlar.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu barədə Moskva Səhiyyə Departamentinin yetkin sakinlərin sağlamlığı üzrə baş mütəxəssisi Andrey Tyajelnikov bahar fəslinin gəlişi ilə əlaqədar tozlanmadan əziyyət çəkənlərə tövsiyələrində bildirib.

O izah edib ki, hipoallergen pəhriz zamanı sitrus meyvələri, qoz-fındıq, müəyyən ədviyyatlar, balıq, kakao paxlası məhsulları, rəngli tərəvəzlər, meyvə və giləmeyvə, yumurta, bal, eləcə də yağlı, şirin məhsulların istifadəsi istisna edilir, yaxud ən azı ciddi şəkildə məhdudlaşdırılır.

"Əgər kondisioner yoxdursa və mənzilin havalandırılması lazımdırsa, o zaman pəncərələrə cuna tuta bilərsiniz ki, tozcuqların otağa daxil olmasının qarşısını alsın. Hava nəmləndiricisi almaq və rütubət səviyyəsini saxlamaq da məsləhət görülür", - Tyajelnikov əlavə edib.

O vurğulayıb ki, çiçəkləmə dövründə yağışlı havada gəzmək yaxşıdır, meşəyə, parka getmək isə elə də tövsiyə olunmur.


Etiketlər:  Çiçəkləmə mövsümü ilə əlaqədar allergiya xəstələrinə tövsiyələr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ