Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 6 rusiyalı məşhurun bu ölkəyə girişi qadağandır

Daha 6 rusiyalı məşhurun bu ölkəyə girişi qadağandır

Tarix: 27 Mart 2022 17:22

Latviya Ukraynaya qarşı keçirilən hərbi əməliyyatları dəstəkləyən daha altı rus mədəniyyət xadiminin adını "arzuolunmaz şəxslər" siyahısına əlavə edib və onların ölkəyə girişi qeyri-müəyyən müddətə qadağan olunub.

Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Edqars Rinkeviç açıqlamasında deyib.

"Arzuolunmaz şəxslər" siyahısına reper Timur Yunusov (Timati), aktyorlar Sergey Bezrukov və Mariya Şukşina, Rusiyanın Xalq artisti Mixail Boyarski, rejissor İqor Uqolnikov və müğənni Yuliya Çiçerinanın adı daxil edilib. Qeyd olunub ki, adı keçən mədəniyyət xadimləri Kremlin hərəkətlərini dəstəklədikləri üçün belə bir addım atılıb.

Ümumilikdə, hazırda 31 rusiyalı məşhurun Latviyaya girişi qadağandır.

Qeyd edək ki, daha əvvəl "arzuolunmaz şəxslər" siyahısına 25 ad daxil edilmişdi. Martın 21-də isə rusiyalı bloger Kirill Fedorov paytaxt Riqada saxlanılıb. Bundan sonra Rusiya Xarici İşlər Nazirliyi onun azadlığa buraxılmasını tələb edib.

Həmçinin, Latviya prezidenti Eqils Levits ölkədə Rusiya telekanallarının yayımınının qadağan edilməsi ilə bağlı çağırış edib.


Etiketlər:  Daha rusiyalı məşhurun ölkəyə girişi qadağandır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ