Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Mart 2022 17:38
Rusiya qoşunları "Donbasın azad edilməsinə" cəmləşib, Kiyev, Xarkov və Odessanı tutmayacaqlar.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Prezident Aparatı rəhbərinin müşaviri Aleksey Aretoviç brifinq zamanı deyib.
Onun sözlərinə görə, Rusiyada böyük şəhərləri ala bilməyəcəklərini anlayırlar və buna görə də diqqətləri Donbasa cəmləyir.
"Bir-iki həftə ərzində Rusiya qoşunlarını Kiyev və Xarkov vilayətlərindən çıxararaq Donbasa köçürəcək. Onlar böyük şəhərləri ala bilməyəcəklərini anlayıblar", - deyə Aretoviç bildirib.
Eyni zamanda o, rus qoşunlarının Kiyev, Xarkov və Odessanı tutmayacağına işarə edib.
"Onların indi üç vəzifəsi var: qoşunlarımızı mühasirəyə almaq, Mariupolu tamamilə tutmaq və Cənubu saxlamaq. Əgər onlar Xersonu itirsələr, o zaman Mariupol bizim nəzarətimizə keçəcək. Prosess Kiyevin, Xarkovun tutulması olmayacaq",- deyə Arestoviç bildirib.