Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Mart 2022 07:48
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya mətbuatına müsahibə verib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, dövlət başçısı Ukraynadakı hərbi əsirlərin Rusiya tərəfini çox da maraqlandırmadığını iddia edib.
"Siyahı tərtib edilir. Bildiyimə görə hərbçilərimiz siyahıları tərtib edirlər. Əsirlərin siyahısı var. Bilmirəm bu onları maraqlandırırmı? Düşünürəm ki, siyasətçiləri çox da maraqlandırmır. Mən sadəcə olaraq bu siyahının Rusiya tərəfinə lazım olduğuna əmin deyiləm" - deyə Zelenski bildirib.
Ukrayna rəhbəri bildirib ki, əsirlərin mübadiləsi üçün müharibənin başa çatmasını gözləməyə lüzum yoxdur: "Ümumi qəbul edilmiş qanunlara uyğun davranmaq mütləq deyil... Bu gün nə qədər əsir varsa dəyişək. Onun ona, on birin onbirə tipdə ölçməyək" - deyə dövlət başçısı vurğulayıb.
Zelenski həmçinin bildirib ki, rus hərbçilərin cəsədlərinin Ukraynada qalmasını istəmir və meyitlərin öz yaxınlarına təhvil verilməsinin tərəfdarıdır.