Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan millisi Latviyaya qarşı

Azərbaycan millisi Latviyaya qarşı

Tarix: 29 Mart 2022 09:00

Bu gün Azərbaycan millisi növbəti oyununu keçirəcək.

Maltada təlim-məşq toplanışında olan Canni de Byazinin yetirmələri bu ölkədə ikinci yoldaşlıq oyununa çıxacaq.

Yığmamız Latviya ilə üz-üzə gələcək. Dörd gün öncə Maltaya 0:1 hesabı ilə uduzan komandamız 2022-ci ildə ilk qələbəsini qazanmağa çalışacaq.

Sonuncu dəfə ötən ilin iyununda qalib gələn de Byazinin komandası kifayət qədər münasib rəqibi yenmək əzmindədir. FİFA reytinqində 121-ci olan millimiz özündən 13 pillə aşağı rəqib üzərində qələbə ilə Malta uğursuzluğunu unutdurmalıdır.

Qeyd edək ki, görüş Ta Qalidəki Milli stadionda keçiriləcək.

Yoldaşlıq oyunu
29 mart

15:00. Azərbaycan - Latviya
Baş hakim: Trustin Farrucia Kann (Malta)
Ta Qali. Milli stadion


Etiketlər:  Azərbaycan millisi Latviyaya qarşı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ