Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Oğlu bu haqda danışmağı Mətanət İsgəndərliyə qadağan etdi - VİDEO

Oğlu bu haqda danışmağı Mətanət İsgəndərliyə qadağan etdi - VİDEO

Tarix: 29 Mart 2022 18:25

Əməkdar artist Mətanət İsgəndərli nəvələri ilə kamera qarşısına çıxıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni evində "Günün sədası" proqramına müsahibə verib. Oğlu Kərimin ikinci dəfə ailə qurması ilə bağlı suallara İsgəndərli belə reaksiya verib:

"Bu barədə danışmayacam, səbr edin. Hər şey üzə çıxacaq. Oğlum bu haqda danışmağa icazə vermir. Allah istək verəndə deyirsən, qoy, açım danışım hər şeyi. Amma hələ yox".

Sənətçi xəstəliyindən danışaraq, həkimin ona qoyduğu qadağaları açıqlayıb:

"Bəhməz, süd, xurma, şokolad və ətir olmaz. Bəs mən nə yeyim? Allergiyadır".

Qeyd edək ki, Kərim birinci həyat yoldaşı Canana ilə oktyabrda rəsmi boşanıb. O, 3 övladını anadan alıb. Canana uşaqlarını geri qaytarmaq üçün apellyasiya məhkəməsinə müraciət edib və udub. Bir müddət əvvəl isə Kərimin Aysel adlı xanımla ikinci dəfə evlənməsi xəbəri yayılıb.

Milli.Az


Etiketlər:  Oğlu bu haqda danışmağı Mətanət İsgəndərliyə qadağan etdi VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ