Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycandan MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

Azərbaycandan MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb

Tarix: 11 Sentyabr 2019 10:48

Bakı. İlhamə İsabalayeva - Trend:

Cari ilin avqust ayında iyul ayına nisbətən dəmir yolu və hava nəqliyyatı ilə MDB ölkələrinə sərnişindaşıma xidmətlərinin qiymətləri bahalaşıb.

Trend-in məlumatına görə, qeyd edilən müddətdə hava nəqliyyatı ilə MDB ölkələri istisna olmaqla digər ölkələrə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətləri isə ucuzlaşıb.

Qeyd edək ki, cari ilin avqust ayında iyul ayına nisbətən əhaliyə göstərilən ödənişli xidmətlərdən mənzillərin icarə haqqı, paltarların təmiri, təmizlənməsi və kirayəsi, tibbi və stomatoloji xidmətlərin, hotel və mehmanxanalar tərəfindən göstərilən gecələmə xidmətlərinin qiymətləri də bahalaşıb.

Dövlət Statistika Komitəsinin hüsabatına əsasən, digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Azərbaycandan ölkələrinə sərnişindaşıma xidmətlərinin qiyməti bahalaşıb


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ