Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Mart 2022 07:33
Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikləri olmadan ətraflarda ödemin olması ilə səciyyələndirir. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Bu zaman aşağıdakı patologiyalar da meydana çıxa bilir:
- aybaşı tsiklinin pozulmaları
- baş ağrıları
- hiperxolesterinemiya.
Baş ağrılarının əmələ gəlməsinə səbəb beyin qişalarının ödemi, damar patologiyaları və emosional vəziyyət səbəb olur. Xəstəlik piylənmə fonunda və piylənməsiz baş verə bilir.
İdiopatik ödem dövri və daimi olmaqla 2 yerə ayrılır.
Dövri ödemlər çox vaxt aybaşıdan əvvəl baş verir və əksər hallarda bütün bədənə eyni miqdarda yayılır. Bu bədən kütləsinin artması il müşayiət olunur. Ödemlər bədən çəkisinin 3-20 kq arasında artmasına səbəb ola bilirlər.
İdiopatik ödemlər hipotalamus-hipofizar nahiyədə müxtəlif etiologiyalı çatışmazlıqların olduğu zaman meydana gəlir. Mayenin ləngiməsi antidiuretik hormonun və aldosteronun ifraz sintezi, cinsi hormonların çatışmazlığı ilə bağlıdır. Psixi zədə amillərinin də hormonların ifraz sisteminin pozulmasında rolu olduğu danılmır.
Xəstəliyin müalicəsi qida rasionundan karbohidratların və xörək duzunun çıxarılması ilə başlayır. Müalicə zamanı kalium preparatlarından və veroşpirondan istifadə edilir, xəstəyə bromokriptin təyin edilir. Son zamanlar idiopatik ödemlərin müalicəsi zamanı antidepressantlardan da uğurla istifadə edilir.