Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

17 il əvvəl boşanan cütlük gizlin görüşür

17 il əvvəl boşanan cütlük gizlin görüşür

Tarix: 31 Mart 2022 11:18

Hollivudun ən məşhur cütlüklərindən biri - Bred Pitt və Cennifer Eniston yenidən bir araya gəlir.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, bu barədə "In Touch" nəşri məlumat yayıb.
Aktyorlar Parisdə gizli yaşamağa başlayıblar. Cennifer Fransanın paytaxtına yeni film çəkilişi üçün gəlib. Bred isə "Georges Pompidou" Mərkəzində Çarlz Reyin sərgisinin açılışında iştirak etmək üçünü Parisdədir.

Ulduz cütlük gecəsi 25 min dollara olan "Four Seasons" otelində qalır.
Eyni zamanda, tanınmış aktyorlar yenidən birlikdə olduqları ilə bağlı şayiələrə münasibət bildirmirlər.

Xatırladaq ki, Bred Pitt və Cennifer Eniston 2005-ci ildə rəsmən boşanıblar. Onlar dost olaraq qaldıqlarını və hələ də bir-birlərinə qarşı sevgi hiss etdiklərini etiraf ediblər.

Milli.Az


Etiketlər:  17 il əvvəl boşanan cütlük gizlin görüşür


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ