Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Z” hərfindən rəmz kimi istifadə edənlər həbs oluna bilər

“Z” hərfindən rəmz kimi istifadə edənlər həbs oluna bilər

Tarix: 31 Mart 2022 17:44

Almaniyada "Z" hərfindən Rusiyanın Ukraynaya qarşı müharibəsinə dəstək rəmzi kimi istifadə edənlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Reuters agentliyi yazır ki, bunu Berlin torpağının daxili işlər naziri bildirib. Nazir deyib ki, şəhərin hakimiyyət orqanları "Z" rəmzindən istifadə olunması hallarına qarşı qəti mübarizə aparacaq. Bundan əvvəl eyni bəyanatla Bavariya və Aşağı Saksoniya torpaqlarının rəhbərliyi çıxış edib. Almaniya federal hökumətinin Daxili İşlər Nazirliyi bildirib: "Əlbəttə Z hərfi qadağan olunmur, lakin bu hərfdən bir sıra fərdi hallarda Rusiyanın apardığı müharibəyə dəstək rəmzi kimi istifadə edilə bilər".

Rusiya Ukraynaya müdaxilə edən hərbi texnikasını "Z" hərfi ilə işarələyir. Məntiqi müxtəlif cür izah edilsə də, "Z" hərfi Ukraynada aparılan müharibəyə dəstək simvoluna çevrilib. Bu rəmz Rusiyanın dövlət telekanallarında, mediada və küçə plakatlarında geniş reklam olunur. Bəziləri bunu Ukrayna prezidenti Volodimir Zelenskinin soyadı, Qərb (Zapad) Hərbi Dairəsi və sairlə bağlayırlar. Rəmzin təfərrüatları rəsmi şəkildə açıqlanmayıb. 

Samsung və başqaları

Bu arada Samsung bəzi Avropa ölkələrində öz smartfonlarının adındakı Z hərfini yığışdırıb. Şirkət bu dəyişikliyi hələki yalnız Estoniya, Litva və Latviya saytlarında edib. Samsung şirkəti bu addımı barədə ayrıca açıqlama verməyib. Şirkət bu işarədən 2020-ci ildən özünün qatlanan Samsung - Galaxy Z Fold 3 və Galaxy Z Flip 3 brendlərində istifadə edir. Samsung martın əvvəlindən Rusiyaya öz telefonlarının ixracını dayandırıb. Öz emblemində "Z" hərfindən İsveçrənin Zurich Insurance sığoprta şirkəti də imtina edib.


Etiketlər:  hərfindən rəmz kimi istifadə edənlər həbs oluna bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ